“KariKatura” silsiləsindən

Adil ZAMAN

“Azercell”in “xəstə” reklamı

– Xəbərin var, “Azərcell”in təzə reklamı çıxb? – Katura zəndlə qardaşına baxdı.
– O “xəstə” reklamı deyirsən? – Kari televizorun pultunu basdı. – Budur, Rəfaillə Coşqun çəkiliblər.
– Görəsən, özləri öz dediklərinə inanırlarmı yoxsa pul xətrinə rola giriblər?
– Sən də elə həmişə başqalarının pulunu sayırsan, – Kari əsəbiləşdi. – Deyiblər, bu senarini oynayın, onlar da razılaşıblar. Guya Rəfaillə Coşqun bilmir ki, bu reklam çox pisin içindən pisi seçmək kimi bir şeydir?
– Hə də. Başqa operator artıq üç ildir ki, bütün istiqamətlərə dəqiqəsi 4 qəpik olan “Unikal” tarifi təklif edir. Son vaxtlar isə hətta 30 saniyədən çox danışmasan, cəmisi 2 qəpik çıxılır… Bölgələrdə isə “Sənin 3-ün” tarifinə qoşulub, bütün Azərbaycanla dəqiqəsi 3 qəpiyə danışırlar. Təbii ki, operatora fərq qoymadan!
– Hələ üstəlik, – Kari bacısının sözünə qüvvət verdi, – “Salam” promo kampaniya çərçivəsində ölkədaxili bütün istiqamətlərə zəngin dəqiqəsi 3 qəpik olub! Abunə haqqı yox! Şəbəkə fərqi yox!
– Düzü, Rəfail cibindən üç telefon çıxaranda mən elə bilmişdim ki, “Azərcell” bir az insafa gəlib, rəqibindən nümunə götürərək, vahid qiymət təklif edəcək. Əgər yalnız şəbəkədaxili zənglərin qiyməti aşağı salınıbsa, onda o üç telefonun mənası nə idi, bax, bunu başa düşmədim.
– Yəqin demək istəyir ki, üç “Azərcell” nömrəsi var.
– Yaxşı, deyək ki, birinin şəbəkə kodu 050-dir, o birisininki – 051. Bəs üçüncününkü nədir?
– Əslində bu kodlar onları heç maraqlandırmır. “Azərcell”, yəqin ki, onlara pulsuz danışıq imkanı yaradıb.
– Buna görə də tamaşaçını utanıb-qızarmadan aldatmalıdırlar? – Katura səsini qaldırdı. – Babat aktyorlarsız, olan-qalan hörmətinizi də itirməyin. Bilə-bilə ki, “Azərcell”-də şəbəkəxarici zənglər hətta güzəştdən sonra da 6 qəpikdir, üstəlik də bu tarifə keçəndə əlavə 1 manat da pul tutulur, niyə demirsiniz ki, başqa operatorda bundan qat-qat sərfəli tariflər var?
– Sənə də pul müqabilində adamları aldatmaq təklif olunsaydı, razılaşardın da…
– O baxır pulun məbləğinə. – Katura güldü. – “Azərcell” gör camaatdan nə qədər artıq pul yığır ki, az-çox tanınan aktyorları da pulla ələ alıb, istədiyi reklama çəkdirməklə hörmətdən salır. Bundan sonra onların düz sözünə də inanan olmayacaq…
Bakı,
27.06.2015

14 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir