Adil ZAMAN

Portret
(Hekayə)

“Bu gün iyirmi bir yaşım tamam olur. Uşaqlara qəsdən heç nə deməmişəm. Çünki, mənim fikrimcə, əsl dostları məhz belə günlərdə sınamaq lazımdır. Əgər sənin varlığının kimin üçünsə cüzi də olsa əhəmiyyəti varsa, o özü səni axtarıb tapacaq, səninlə birlikdə sevinib-fərəhlənəcək, qəmlənib-kədərlənəcək… Ardını oxu

«Gülyaz nənənin nağılları» silsiləsindən

Adil ZAMAN

Bəhram və Bəhmən

Şəhla, adəti üzrə, yatmazdan qabaq təmiz havada bir qədər gəzib, evə qayıtdı. Saat doqquzun yarısı idi. Əl-üzünü yuyub, yataq otağına keçdi. Yerini açıb, yatmağa hazırlaşdı. Elə bu vaxt qapı açıldı və Gülyaz nənə otağa daxil oldu. Qız:
– Nənəcan, bəlkə bir nağıl danışasan, a, – deyə xahiş etdi. Ardını oxu

Adil ZAMAN

Gözlənilməz təsadüf
(Hekayə)

Valehlə Saleh dostdurlar. Hələ oxuyub-yazmağı bilmirlər. Amma iyirmiyə qədər saymağı və bir də yaxşı top-top oynamağı bacarırlar. Televizorda böyüklərin “futbol” adlandırdıqları top oyunu göstəriləndə uşaqların sevinci aşıb-daşır – onlar gözlərini mavi ekrandan çəkmədən oyunçuların hərəkətlərinə diqqətlə tamaşa edirlər. Axşam yatanda isə qəribə-qəribə yuxular görürlər. Ardını oxu

Adil ZAMAN

Cəza alqoritmi
(Hekayə)

Prokurorun məhkəmədə çıxışından

Möhtərəm hakim, müttəhim Fariz Kamil oğlu Cəfərlinin cinayətləri istintaqla tam sübuta yetirilmişdir. Özü də təqsirini etiraf etmişdir. Buna görə də ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il həbs cəzası verilməsini tələb edirəm. Ardını oxu

Adil ZAMAN

Sapa düzülmüş muncuqlar
(Kiçik povest)

…Həftədə iki-üç dəfə Kiçikxanımla İçərişəhərdəki otaqda olurdular. Bura çox xəlvəti bir yer idi. Evə dar bir dalandan girirdilər. Qonşulardan heç birinin qapısı bu dalana açılmırdı. Ardını oxu

Adil ZAMAN

A R Z U
(Povest)

…Bir tərəfdən yorğunluq, bir tərəfdən aclıq, bir tərəfdən isti, bir tərəfdən də maşın Gülnarı xumarlandırırdı. Gözləri tez-tez ixtiyarsız yumulurdu. Heç ağlına da gəlmirdi ki, şəhərin mərkəzində yaşayan xalasıgilə getmək əvəzinə Moskva9 prospekti ilə sürətlə hərəkət edirlər. Ardını oxu

Adil ZAMAN

Vicdanın səsi

(Povest)

…Axı mənim nəyim çatışmır, nəyim?.. Adama bundan artıq daha nə lazımdır, nə?.. Gözəl ev-eşiyim, var-dövlətim, özümə görə ad-sanım, hörmətim… Bəs nədir məni narahat edən, mənə əzab verən, bu qoca vaxtımda səksəkəyə salan, nə?..” Ardını oxu

Kari və Katura

  KK   Bu rubrikada hər hansı fakta – məşhurların sözlərinə, siyasətçilərin fikirlərinə, baş vermiş hər hansı bir hadisəyə özünəməxsus yumoristik münasibət ifadə olunacaq. Söhbət əkiz bacı-qardaş – KariKatura arasında əsasən dialoq formasında aparılacaq.

Ardını oxu