Adil ZAMAN

Vicdanın səsi

(Povest)

…Axı mənim nəyim çatışmır, nəyim?.. Adama bundan artıq daha nə lazımdır, nə?.. Gözəl ev-eşiyim, var-dövlətim, özümə görə ad-sanım, hörmətim… Bəs nədir məni narahat edən, mənə əzab verən, bu qoca vaxtımda səksəkəyə salan, nə?..”

– Ləkəli keçmişin, çirkin əməllərin!..
“Bu kimin səsidir? Bu nə səsdir belə?..”
– Aha, nəhayət eşitdin məni! Bu mənim səsimdir – uzun illərdən bəri sənə getdiyin yolun uçuruma apardığını bir an da susmadan söyləyən vicdanının səsi!..<!–more–
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
…“Podpolkovnik Sidorov haqlıdır – Leninqradın mühasirəsini tam aradan qaldırmaq elə də asan olmayacaq” – aylıq hesabatı təhvil verib hərbi hissəyə qayıtmağa hazırlaşan və şəhərdə fikirli-fikirli addımlayan Ağabəy küçənin o biri tərəfindən kiminsə onu səslədiyini eşidib ayaq saxladı.
– Ara, bu sənsən? – səliqə ilə geyinmiş qarayanız bir mayor gülümsəyərək ona tərəf gəlirdi. Diqqətlə baxdı – qarşısındakı tələbə yoldaşı Aşot Markaryan idi…
Aşotu tələbələrin çoxu sevmir, ondan uzaq qaçırdı. Çünki A.Markaryanın təhlükəsizlik orqanlarının agenti olduğunu hamı bilirdi. Şura hökuməti qurulandan sonra Ağabəy də əvvəllər dostluq etdiyi Aşotla ehtiyatlı davranırdı. Qorxurdu ki, atasının İrana qaçmasını, mülkədar oğlu olduğunu lazımi yerlərə çatdıracaq və onu universitetdən qovub həbs edəcəklər. Lakin, nədənsə, Aşot onu satmadı və əvvəlki münasibətləri bərpa olundu. (Ağbəy bilmirdi ki, A.Markaryan onun haqqında da təhlükəsizlik orqanlarına xəbər vermiş, lakin ona demişdilər: “Azərbaycanda çox adam İrana, Türkiyəyə qaçıb. Ancaq bu oğlan atası ilə getməyib. Hamını tutsaq, bəs bolşevik Azərbaycanında kim qalacaq? Respublikaya ali təhcilli mütəxəssislər hava və su kimi lazımdır. Bizdə olan məlumata görə, o nəinki siyasətlə məşğul olmur, hətta şura hökumətinə rəğbət də bəsləyir. Üstəlik familiyasını və atasının adını da dəyişib… Hər halda nəzarətsiz də buraxmayın və onun davranışında nəsə şübhəli bir şey hiss etsəniz, dərhal bizə bildirin).
– Sən hara, bura hara? – A.Markaryanın sevindiyi açıq-aşkar hiss olunurdu.
Ağabəy bir neçə kəlmə ilə özü haqqında məlumat verdi, xidmət yerini dedi.
– Məni isə universiteti qurtaran kimi xüsusi kurslara gondərdilər, sonra isə əks-kəşfiyyat idarəsində işə götürdülər, ev verdilər. Müharibə başlayanda arvad-uşağı Yerevana – anamın yanına göndərdim. İndi tək yaşayıram – bu yaxınlıqda oluram. Gedək, oturaq bir az, görüşümüzü qeyd edək, dərdləşək…
– Mən hərbi hissəyə qayıtmalıyam…
– Elə bilirsən sənin hesabına necə kef çəkdiyimi, səxavətlə pul xərcləməyini, günümün xeyli hissəsini sizin kirayə qaldığınız mənzildə keçirməyimi, anan Gülsüm xalanın mənə elədikləri yaxşılıqları unutmuşam? Heç bir etiraz qəbul olunmur. Bu gecə bizdə qalacaqsan. Zəng eləyib, komandirinə də deyəcəyəm…

Povesti tam şəkildə aşağıdakı link vasitəsilə pdf formatında oxuya və endirə bilərsiniz:


Bu hissəyə baxış məhdudlaşdırılıb. Gizlədilmiş mətni görmək üçün lütfən qeydiyyatdan keçib, öz login və parolunuzla sayta daxil olun. Please Login or Register for access.

37 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir