Yazıçı sözü

Aysel Əlizadə od püskürdü – Video

Aysel Alim qızı Əlizadə — yazıçı, jurnalist.
2015-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olub.

Aysel Əlizadə 3 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakı şəhəri, Yasamal rayonu 31 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 1996-2000-ci illərdə Bakı Dövlət Universiteti nəzdində “Gənc İstedadlar” liseyində ali təhsil alıb.
Karyerasına 1998-ci ildə ABA TV-də teleaparıcı kimi başlayıb. Space, Lider, ATV, İTV telekanallarında müəllif, aparıcı, bədii rəhbər, rejissor kimi çalışıb. Xitə çevrilən öz sözlərinə yazılmış ” Ad günü” adlı mahnı ifa edib. Daha sonra 8 mahnıdan ibarət musiqi albomu işıq üzü görüb. Şairə, nasir, publisist, tərcüməçi, ictimai xadim kimi tanınır.
2009-cu ildə 1997-ci ildən bəri hər il təqdim olunan “Media Açarı” mükafatına (“Mədəniyyət nominasiyası üzrə”, “525-ci qəzet”in əməkdaşı kimi) layiq görülüb. İki kitabı – “Bəyaz kürk” və “Erkəklər” – türk dilinə tərcümə olunaraq Ankara və İstanbulda təqdimatları, imza günləri keçirilib. 2015-ci ilin noyabrın 1-də keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Binəqədi rayonundan deputatlığa namizəd olub. 2017-ci ildə şeirlərindən ibarət ingilis dilində “Qadın” adlı kitabı çap olunub. 2020-ci ildə Qərbi Kaspi Universitetində “Feminizm: ədəbiyyatda və həyatda” mövzusunda çıxışı olub. Ruscadan çevirdiyi “Yarımçıq qalmış” adlı pyes Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.
Siyasi fəal və Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə evlidir. Bir övladları var.
Əsərləri
“Ora” (hekayələr)
“Doğulacaq qadın” (şeirlər)
“Bəyaz kürk” (hekayələr)
“Göy Qurşağı” (esselər)
“Erkəklər” (roman)
“Təkliyə düzəliş” (şeirlər)
“Azad” (akademik Azad Mirzəcanzadə haqda portret)
“Qadın peyğəmbər” (roman).
“Qadın”
“Seksin poeziyası” şeirlər.
Tərcümə etdiyi əsərlər
Aqata Kristi – “Qolf meydançasında qətl”
Andrey Platonov – “Kotlovan”
Edqar Tolle – “Yeni dünya”
Oşo – “Qadınların kitabı”
Oşo – “Kişilərin kitabı”

54 dəfə baxılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir