Zaman

“Zaman” – tam obyektiv, müstəqil və ümummilli qəzetdir

Əziz oxucular!
İlk nömrəsi 1993-cü ilin iyununda işıq üzü görmüş müstəqil “Zaman” qəzeti
öz fəaliyyətini yeni keyfiyyətdə davam etdirir.

(Bəzi oxucular qəzetimizi Türkiyə nurçularının Bakıda buraxdıqları “Zaman-Azərbaycan” qəzeti ilə dəyişik salırlar. Bu barədə bir neçə dəfə yazmışıq və bir daha bəyən edirik ki, “Zaman” qəzetinin nəinki nurçularla, ümumiyyətlə, heç bir xarici şəxs, mətbuat orqanı və təşkilatla bağlılığı yoxdur. “Zaman” sırf milli qəzetdir və iddiası da həmişə tam obyektiv, əhalini iqtidara və müxalifətə bölməyən ümummilli qəIsh_18Ish_17zetə çevrilmək olmuşdur).
Hazırda Amerika və Avropa ilə yanaşı yaxın xaricdə, o cümlədən Rusiyada və Türkiyədə bir sıra aparıcı qəzetlər kağız formatından imtina edərək, İnternetdə yayımlanmağa üstünlük verirlər. Biz də zamanın tələbini nəzərə alaraq, hələ 2008-ci ildə qəzetimiz üçün xüsusi sayt (www.zamantime.tk) yaratmışdıq. Məşhur bir saytın pulsuz imkanlarından faydalanan saytımız bloq şəklində fəaliyyət göstərirdi. Həmin saytın bazasının etibarlı serverlərdə yerləşdirildiyi və saytın fəaliyyətini heç vaxt dayandırmayacağı elan olunduğuna görə biz bütün arxivlərimizi ora yükləmişdik. Ancaq, təəssüf ki, sayt fəaliyyətini gözlənilmədən dayandırdı və elektron ünvanlar vasitəsilə də əlaqə saxlamaq mümkün olmadı. Biz yalnız qəzetimizin arxivini götürmək istəyirdik, fəqət bütün cəhdlərimiz boşa çıxdı və təxminən 5-illik zəhmətimizin nəticələri yox oldu.
Hər şeyə sıfırdan başlamalı olduq və bir müddətdir ki, adilzaman.ml ünvanında fəaliyyət göstəririk. Əvvəlki acı təcrübəni nəzərə alaraq, artıq rəsmi domen də almışıq və saytımız bu ilin iyunundan əsas fəaliyyətini yalnız zamanserviz.net ünvanında davam etdirəcəkdir.
Qəzetdə orijinal materiallarla yanaşı İnternetdə rast gəldiyimiz maraqlı yazıları da həm Azərbaycan, həm də rus və ingilis dillərində oxuculara təqdim edəcəyik.
“Zaman” Azərbaycanda yeganə qəzetdir ki, bu qədər uzun müddət ərzində bircə dəfə də olsa təkzib verməmiş, ən kəskin tənqidi yazılarından belə nə redaksiyaya, nə də məhkəməyə şikayət olunmuşdur. Çünki biz heç vaxt yoxlanılmamış məlumatları qəzet səhifələrinə çıxarmamış, heç kimi təhqir və şantaj etməmişik. Qəzet həmişə maksimum obyektiv olmağa çalışmış, yalan və böhtanın hətta ən cüzi təzahürləri belə hiss olunan yazıların qarşısında qətiyyətlə qırmızı işıq yandırmışdır. Elə buna görə də qəzetimiz çoxsaylı oxucuların dərin rəğbətini qazanmışdır. Onlar yazdığımız hər bir sözə, söylədiyimiz hər bir fikrə yüksək etimad göstərərək deyirlər: “Əgər “Zaman” yazıbsa, deməli, həqiqət məhz belədir”.
Əminik ki, qəzetimiz sadiq oxucularını tezliklə öz ətrafına toplayacaq və onlar sevimli qəzetlərinin saytında da əvvəllər olduğu kimi yenə də yüksək fəallıq göstərəcəklər. Biz də bacardığımızdan da bir az artıq mümkün olan hər şeyi edəcəyik ki, dəyərli oxucularımızın etimadını layiqincə doğruldaq və qəzetimizin heç bir yazısı onları heç vaxt məyus etməsin.
Qəzetimizin rəsmi saytında yeni-yeni görüşlərədək, əziz dostlar!
Əgər tam obyektiv, müstəqil və ümummilli qəzet prinsiplərinə zidd olmayan maliyyə mənbələri təklif olunsa, qəzetin kağız variantını da buraxacağıq.
“Zaman” qəzeti haqqında ümumi təsəvvür almaq üçün köhnə nömrələrdən bir neçəsi ilə burada tanış ola bilərsiniz. Ümidvarıq ki, gələcəkdə qəzetin arxivini yeni nömrələrlə zənginləşdirəcəyik.

P.S. 2020-ci ilin avqustundan qəzet zamnet.ru saytında fəaliyyətini davam etdirir.

“Zaman” qəzetinin kağız formatında yeni nömrəsi işıq üzü görmüşdür

Nömrənin ən çox maraq doğuran yazısı qəzetin baş redaktoru Adil ZAMANın Azərbaycanınzaman_new görkəmli alimi, “İntellekt” elmi-texniki müəssisənin rəhbəri, Amerikanın Merilend ştatında yerləşən SCİENSE & TECHNOLOGY GROUP LLC şirkətinin elmtutumlu texnologiyalar üzrə baş eksperti Namiq İsmayılovla söhbətidir. Namiq müəllim alternativ energetika sahəsində əldə edilmiş uğurlardan və görüləcək işlərdən ətraflı danışır, qiymətli məsləhətlər verir.

Bundan başqa qəzetdə bir sıra maraqlı yazılar da dərc olunmuşdur.

Qəzetin yeni nömrəsini  buradan  pdf formatında endirib, tanış ola bilərsiniz.

Baş redaktor
Adil ZAMAN
(Adil Həsən oğlu Hüseynov)

“Zaman” qəzetinin təsisçisi və baş redaktoru

“Ulu Zəngəzur” qəzetinin baş redaktoru

zamnet.ruadilzaman.ml saytlarının təsisçisi və rəhbəri

1954-cü il martın 1-də Şəki şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Sisyan rayonundandır.

Bakıda Ali məktəbi Fərqlənmə diplomu ilə bitirmiş, Moskvada Mətbuat İşçilərinin Ümumittifaq İxtisasartırma İnstitutunun Jurnalist ustadlığı fakültəsinin Vilayət və respublika qəzetlərinin redaktorları qrupunda oxumuş və “Partiya komitəsi-qəzet: qarşılıqlı əlaqələr necə qurulur və onlar necə olmalıdır?” mövzusunda diplom işini əla qiymətlə müdafiə edərək Qırmızı diplom almışdır.

1984-cü ilin yanvarından ştatlı jurnalist işindədir. Uzun müddət Rusiyada və Azərbaycanda dövlət qəzetlərində və özəl qəzetlərdə rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan və rus dillərini əla bilir. İngilis və türk dillərindən lüğətin köməyi ilə tərcümələr edir.

Kompüterdən yaxşı baş çıxarır, dizayn proqramları ilə (kitab, qəzet və jurnalların səhifələnməsi və tərtibatı) yüksək səviyyədə işləyir. Bir neçə kitabın dizaynAdil_ESAS_Isheri və redaktorudur.

Adil ZAMANın Azərbaycan dövləti və mətbuatı qarşısında çoxsaylı xidmətlərindən bəzi nümunələr “Milli Qəhrəmanlar” qəzetinin 24 may 2014-cü il tarixli nömrəsində (Bax.: 1-ci və 5-ci səh.) dərc edilmişdir.

Prezidentə açıq məktub şəklində yazılmış həmin materialı   buradan   pdf formatında endirib, tanış ola bilərsiniz.


“Zaman” qəzeti  haqqında ümumi təsəvvür almaq üçün köhnə nömrələrdən bir neçəsini pdf formatında endirib, tanış ola bilərsiniz. Ümidvarıq ki, gələcəkdə qəzetin arxivini yeni nömrələrlə zənginləşdirəcəyik.

1. zaman_1_aprel_2007.pdf

2. zaman_2_aprel_2007.pdf

3. zaman_1_iyun_2011.pdf

4. zaman_28_iyul_2015_Col.pdf